Premyer Liqanın XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib
Futbol
- 19 aprel, 2025
- 19:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.
"Report" xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.
Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82-öz qapısına) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb. Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Süleyman Alluş (74) dəqiq zərbə müəllifi olublar.
Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, turun açılış oyununda "Araz-Naxçıvan" dünən doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.
Son xəbərlər
13:29
Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
Milli Məclis
13:27
Abas Miskərli: "Sığorta sektorunda investisiya alətlərinin azlığı əsas problemdir"
Maliyyə
13:26
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiq edib
Region
13:23
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
Milli Məclis
13:19
Video
İspaniyada iki qatar toqquşub, 10 nəfər ölüb
Digər ölkələr
13:17
ASA: Likvidlik tələbləri investisiya qərarlarına ciddi təsir göstərir
Maliyyə
13:16
Hökməli–Qobu–Güzdək avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
İnfrastruktur
13:13
Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər
Milli Məclis
13:11
Cəsarət Valehov: Mədəniyyət Nazirliyi yanında incəsənət təhsili sistemi modernləşdirilir
Mədəniyyət siyasəti