Premyer Liqa: "Kəpəz" səfərdə "Sumqayıt"ı məğlub edib
Futbol
- 01 mart, 2024
- 17:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
“Report”un məlumatına görə, günün yeganə oyunu Sumqayıtda keçirilib.
Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edib. Gəncə təmsilçisi gözlənilmədən ikinci pillədəki rəqibini 3:1 hesabı ilə məğlub edib. Qonaqların heyətində 20-ci dəqiqədə Vüsal Məsimov, 62-ci dəqiqədə Mate Kvirkviya, 90+5-ci dəqiqədə isə Rüfət Əhmədov fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin yeganə qoluna 80-ci dəqiqədə İsa Suliman imza atıb.
Qələbə sayəsində doqquzuncu pillədəki "Kəpəz" xallarının sayını 26-ya yüksəldib. İkinci sırada qərarlaşan "Sumqayıt"ın hesabında 36 xal var.
Qeyd edək ki, turun digər oyunları martın 2-3-də keçiriləcək.
Son xəbərlər
16:20
Aftandil Hacıyev: "İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir"
Futbol
16:19
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb
İnfrastruktur
16:19
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2026)
Maliyyə
16:12
Foto
Əmanətlərin Sığortalanması Fondu IADI-nin 25-ci İllik ümumi yığıncağında iştirak edib
Maliyyə
16:08
"Bakı Fond Birjası"nın dövriyyəsi 32 % azalıb
Maliyyə
16:03
Akvakultura fəaliyyəti üçün torpağın kateqoriyasını dəyişməyə ehtiyac olmayacaq
ASK
16:02
"Barselona"nın futbolçusu Jül Kunde "Atletiko" ilə oyunu da buraxacaq
Futbol
15:57
Elnur Musayev: "Balıqçılıq və akvakultura təsərrüfatları üçün texnika güzəştləri tətbiq olunacaq"
ASK
15:56
"Yelo Bank"dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Maliyyə