"Portu"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb
Futbol
- 04 yanvar, 2026
- 02:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Portu"nun baş məşqçisi Françesko Farioli London "Çelsi"sinə mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Report" xəbər verir ki, mütəxəssisin sözlərini nüfuzlu insayder Fabritsio Romano "X"də yazıb.
"Mən "Portu"da qalıram, bu dəqiqdir. Buna heç bir şübhəm yoxdur və olmayıb. Prosesin ortasında ayrılmaq mənim üçün heç vaxt müzakirə mövzusu olmayıb. Mən kluba tam sadiqəm", - paylaşımda deyilir.
Farioli 2025-ci ilin yayında Portuqaliya klubuna keçib və onun müqaviləsi 2027-ci il iyunun 30-na kimidir. Portuqaliya çempionatında keçirilən 16 oyundan sonra 46 xalı olan "Portu" Lissabon "Sportinq"ini 4 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər
15:00
Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
Hadisə
14:48
Foto
Kəlbəcərin sağlamlıq turizmi beynəlxalq sammitdə təqdim olunub
Turizm
14:46
FHN-in hərbi hissə komandiri: Minatəmizləmə əməliyyatları müəyyən olunmuş istiqamətlər üzrə aparılır
Daxili siyasət
14:41
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Region
14:39
AMB ilə İsveçrə Milli Bankı qlobal çağırışları müzakirə edib
Maliyyə
14:35
Foto
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib
Hadisə
14:34
Foto
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
İnfrastruktur
14:30
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
İnfrastruktur
14:30
"Neftçi"nin məşqçisi Nakim Vəliyev 7 oyunluq diskvalifikasiya edilib
Futbol