Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro: "Karyeramın ən yaxşı günlərindən birini yaşadım"
Futbol
- 20 iyun, 2026
- 11:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro karyerasının ən yaxşı günlərindən birini yaşayıb.
"Report" xəbər verir ki, 63 yaşlı mütəxəssis bu barədə Türkiyə seçməsinə qarşı dünya çempionatının D qrupunun II turunun oyunundan sonra açıqlama verib.
O, 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb:
"Bu görüşdə əlimizdən gələni etməliydik. Oyunçular məşqçilik karyeramın ən yaxşı günlərindən birini mənə yaşatdılar. Kimsə sizə "Paraqvay öldü" desə, şübhə edin. Dərhal inanmayın. Ən pis məğlubiyyət özünüzə olan inamı itirməkdir".
Xatırladaq ki, ABŞ, Meksika və Kanadada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
Son xəbərlər
14:39
Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək
İnfrastruktur
14:38
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
Turizm
14:35
İnvestisiya şirkəti: Korporativ istiqrazlara dövlət zəmanəti onların illik gəlirliliyini azalda bilər
Maliyyə
14:10
Ekspert: "Azərbaycanda mikrokreditlər üçün yeni bazar yaradıla bilər"
Maliyyə
14:05
ASA rəsmisi: "Sığorta şirkətləri investisiya portfellərinin yalnız 2-3%-ni riskli alətlərə ayıra bilər"
Maliyyə
14:03
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Xarici siyasət
14:03
Şirvan kanalı ilə 100 min hektardan çox yeni əkin sahəsi suvarılacaq
ASK
13:52
Video
İspaniyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40-a çatıb - Yenilənib
Digər ölkələr
13:48
Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
Fərdi