"Neftçi"nin yeni transferi: "Bu komandaya qoşulmaq çox gözəl hissdir"
Futbol
- 19 yanvar, 2023
- 20:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Artıq buradayam. Bu komandaya qoşulmaq çox gözəl hissdir".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Kilan Lebon şəxsi instaqram səhifəsində yazıb.
Paytaxt klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşən fransalı futbolçu "ağ-qara" formanı geyinməkdən şərəf duyduğunu bildirib.
27 yaşlı hücumameylli yarımmüdafiəçi azarkeşlərə təşəkkür edib: "Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Dəstəyinizə görə şadam. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Birlikdə görəcəyimiz bəzi işlər var".
Qeyd edək ki, son klubu Qazaxıstan "Astana"sı olan Kilan Lebon "Neftçi" ilə 1,5+1 illik müqavilə imzalayıb.
Son xəbərlər
07:48
Çində yeni qurbağa növü aşkarlanıb
Maraqlı
07:11
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Futbol
06:48
SEPAH ballistik raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib
Region
06:26
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Maliyyə
05:56
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Digər ölkələr
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol