"Neftçi"nin rəqibi Superliqanın debütantı ilə bacarmadı
Futbol
- 03 sentyabr, 2020
- 16:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ı yoxlama oyunu keçirib.
"Report"un məlumatına görə, "sarı-qırmızılılar" Superliqanın debütantı "Hatayspor"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Yeni transfer Arda Turan İstanbul klubunu önə çıxarıb. İkinci hissədə isə rəqib hesabı bərabərləşdirib. Beləliklə, oyun heç-heçə başa çatıb.
"Qalatasaray" bundan əvvəlki yoxlama matçında aşağı liqa təmsilçisi "Ümraniyespor"u 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.
Son xəbərlər
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur