"Neftçi"nin potensial rəqiblərinin oyununda qalib müəyyənləşməyib
Futbol
- 04 avqust, 2022
- 20:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin UEFA Konfrans Liqasının pley-offundakı potensial rəqibləri olan Lixtenşteynin "Vaduts" və Türkiyənin "Konyaspor" klubları III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəliblər.
"Report"un məlumatına görə, Vaduts şəhərindəki "Reynpark" stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərindən qolu 72-ci dəqiqədə Franklin Sasere vurub. Qonaqlardan isə 89-cu dəqiqədə Məhəmməd Dəmir fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də olacaq. Bu cütün qalibi pley-offda "Neftçi" - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq. "Ağ-qaralar" Bakıdakı ilk görüşdə Vyana təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.
Son xəbərlər
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr