"Neftçi"nin legioneri məhsuldar ötürmə verib, komandası pley-offa yüksəlib
Futbol
- 18 yanvar, 2022
- 18:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya yığması Afrika Millətlər Kubokunda növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, B qrupunda yer alan kollektiv üçüncü turda Zimbabve seçməsi ilə qarşılaşıb. Görüş qvineyalıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Oyuna start heyətində başlayan 25 yaşlı yarımmüdafiəçi sonadək meydanda qalıb. 49-cu dəqiqədə məhsuldar ötürmə müəllifi olan Kane görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qvineya millisi məğlubiyyətə baxmayaraq qrupda 2-ci yeri tutub və pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan Mamadu Kane "Neftçi"də icarə əsasında çıxış edir.
Son xəbərlər
05:58
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Xarici siyasət
05:35
Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib
Digər ölkələr
05:05
Tramp: ABŞ İranın infrastrukturunu məhv etmək niyyətində deyil
Digər ölkələr
04:39
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Region
04:08
Böyük Britaniyada təxminən 20 000 əcnəbi cinayətkarı deportasiya gözləyir
Digər ölkələr
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr