"Neftçi"nin kapitanı: "Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”
Futbol
- 18 iyun, 2019
- 15:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bizi ağır oyun gözləyir. Hər bir halda, çətin olacaq. Çünki indi asan rəqib yoxdur".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının I təsnifat mərhələsində püşkün nəticəsini dəyərləndirərkən deyib.
Təcrübəli yarımmüdafiəçi Moldova "Sperantsa"sı barədə məlumatsız olduqlarını bildirib. Lakin onun fikrincə, baş məşqçi Roberto Bordin əvvəllər Moldovada çalışdığı üçün rəqiblə bağlı komandanı məlumatlandıracaq: "Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.
Qeyd edək ki, "Neftçi” və "Sperantsa” arasındakı ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region