"Neftçi"nin futbolçusu azarkeşlərə əşya atdığı üçün cəzalanıb
Futbol
- 15 avqust, 2024
- 08:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi (İK) "Neftçi"nin futbolçusu Ervin Koffini iki oyunluq cəzalandırıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna fransalı müdafiəçinin "Səbail"lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın II turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atması səbəb olub.
"Ağ-qaralar" buna görə 2000 manat cərimələnib.
"Neftçi" görüş bitdikdən sonra fanatların iğtişaş törətməsi ucbatından 4000 manat ziyana düşüb.
"Səbail" isə sözügedən qarşılaşmada beş futbolçusu sarı vərəqə ilə cəzalandığından 700 manat ödəməli olacaq.
İK "Turan Tovuz"u 700 manat cərimələyib. Bölgə təmsilçisinin dörd üzvü "Sumqayıt"a qalib gəldikləri görüşdə (1:0) sarı vərəqə görüb.
Son xəbərlər
10:05
Maiko Utixara: Azərbaycan regionda mühüm diplomatik rol oynaya bilər
Xarici siyasət
10:05
Foto
Video
Çin krossoveri Böyük Britaniyada ən çox satılan avtomobil oldu!
Biznes
09:58
Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Digər ölkələr
09:51
İlham Mirzəliyev Yevlaxda vətəndaşları qəbul edəcək
Energetika
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda