Minifutbol üzrə Azərbaycan çempionatının reqlamenti dəyişib

Futbol
  • 27 oktyabr, 2026
  • 15:30
Minifutbol üzrə Azərbaycan çempionatının reqlamenti dəyişib

Minifutbol üzrə Azərbaycan çempionatının reqlamenti dəyişib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov açıqlamasında bildirib.

O, 2026/2027 mövsümündə 12 komandanın iştirak edəcəyini açıqlayıb:

"İlk dəfə pley-off sistemi olacaq. Burada 6 komanda mübarizə aparacaq. Liqa mərhələsində 1 və 2-ci yerləri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar. Əsas mərhələ iki dövrədən ibarət olacaq. Liqa mərhələsi bitən kimi Naxçıvan təmsilçisi yarışa qoşulacaq və 6-cı yeri tutan kollektivlə bir oyunda üz-üzə gələcək".