Millimizin futbolçusu ABŞ-da məşqə başladı - FOTO
Futbol
- 13 may, 2020
- 05:12
Rüfət Dadaşov
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu məşqləri bərpa edib.
"Report" Arizona təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda hazırlığı kiçik qruplar şəklində gerçəkləşdirib.
Məşqdən öncə oyunçuların temperaturları yoxlanılıb. Hazırlıq prosesinə Dadaşov da qatılıb. O, digər futbolçularla birgə fiziki və toplu çalışmaları yerinə yetirib.
Qeyd edək ki, Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.
Son xəbərlər
10:22
QMİ sədri: İrəvan qazılığının bərpası ilə bağlı tarixi faktlara əsaslanan mənəvi hüquqlarımızı bəyan edirik
Din
10:16
Bolqarıstan MSK: Səslərin 99,68 %-i sayıldıqdan sonra Yotova prezident seçkilərində qalib gəlir
Digər ölkələr
10:14
Foto
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Hadisə
10:11
BDU: Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək
Hadisə
10:00
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması layihəsinin təsdiqini təxirə salıb
Energetika
09:50
Foto
Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
Hərbi
09:47
Azərbaycan ADB-nin aqrar sektorun iqlim dəyişikliyinə uyğunlaşdırılması proqramına daxil edilib
Maliyyə
09:45
"Legion Financial" 1 milyon manatlıq istiqraz buraxır
Maliyyə
09:43
Novxanı-Pirşağı yolunda baş verən avtoqəzada 5 nəfər xəsarət alıb
Hadisə