"Milan" Kristian Pulişiçlə müqavilənin müddətini uzatmağa hazırlaşır
Futbol
- 25 sentyabr, 2026
- 14:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Milan" klubu hücumçusu Kristian Pulişiçlə müqavilənin müddətini uzatmağa hazırlaşır.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi hücumçunun sözləşməsindəki müddəti 2028-ci ilə qədər uzatmaq şərtindən istifadə etmək niyyətindədir.
Yaxın günlərdə bununla bağlı qərarlar qəbul olunacağı, baş məşqçi Ruben Amorimin amerikalı futbolçunu mümkün qədər uzun müddət heyətdə saxlamaqda maraqlı olduğu bildirilib.
Qeyd edək ki, K.Pulişiç 2023-cü ilin iyulundan "Milan"da çıxış edir. O, 2025/2026 mövsümündə keçirdiyi 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.
Son xəbərlər
20:26
Azərbaycanın ABŞ-dəki səfirliyi Pensilvaniyada sərgi və qəbula ev sahibliyi edib
Xarici siyasət
20:09
Foto
Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub
Daxili siyasət
19:58
Nərgiz Qurbanova: Azərbaycan ilə Macarıstan iqtisadi və enerji əməkdaşlığını genişləndirmək niyyətindədir
Xarici siyasət
19:56
Tamaş Torma: Macarıstan Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard dollar investisiya yatırıb
Xarici siyasət
19:54
Foto
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Xarici siyasət
19:34
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
19:31
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
Futbol
19:22
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb
Region
19:18
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Region