Messi Çempionlar Liqasında yeni nailiyyətə imza atdı
Futbol
- 16 fevral, 2021
- 21:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında (ÇL) yeni nailiyyətə imza atıb.
"Report"un məlumatına görə, argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. 34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.
Bununla da Messi İspaniya "Real Madrid"inin və Almaniya "Şalke"sinin keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.
Qeyd edək ki, hazırda PSJ hesabda öndədir - 3:1.
Son xəbərlər
15:19
İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
Digər ölkələr
15:15
Foto
Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda Zəfər Günü qeyd olunub
Daxili siyasət
15:11
Video
Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət
15:10
"Araz-Naxçıxan" son dörd mövsümün antirekorduna imza atıb
Futbol
15:08
Foto
Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib
Daxili siyasət
15:02
Foto
Biləsuvar, Cəlilabad və İmişlidə Zəfər Günü qeyd olunub
Daxili siyasət
15:00
Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Region
14:59
Azərbaycançılıq - bir söz, üç qat: milli ideya, tarix və sabahın hədəfləri
Analitika
14:58
"InOltre": Azərbaycanın Qarabağdakı qələbəsi regionda əməkdaşlıq üçün yeni perspektivlər açıb
Media