Messi Argentina millisinə qayıtdıqdan sonra zədələnib
Futbol
- 23 mart, 2019
- 06:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisinin düşərgəsində zədələnib.
"Report" xəbər verir ki, bu barədə yığma komandanın rəsmi "Twitter" hesabı məlumat yayıb.
32 yaşlı hücumçu Mərakeş yığmasına qarşı yoldaşlıq oyununda iştirak etməyəcək. Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib.
Həmçinin komandanın digər oyunçusu Qonsalo Martines də zədə səbəbindən növbəti görüşü buraxacaq.
Qeyd edək ki, Argentina yoldaşlıq oyununda Venesuelaya 1:3 hesabı ilə uduzub. Lionel Messi həmin görüşdə sona qədər iştirak edib. Bu, ulduz futbolçunun 2018-ci il dünya çempionatından sonra yığmada ilk matçı olub.
Son xəbərlər
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqların davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr