Tokio-2020: Meksika millisi 3-cü yeri tutub, çempion sabah bilinəcək
Futbol
- 06 avqust, 2021
- 11:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Meksika millisi Tokio-2020 Yay Olimpiya oyunlarında bürünc medal qazanıb.
“Report” xəbər verir ki, şimali amerikalılar 3-cü yer uğrunda görüşdə Yaponiya seçməsini 3:1 hesabı ilə məğlub edib.
Meksikalıların heyətində qolları 13-cü dəqiqədə Sebastyan Kordova, 22-ci dəqiqədə Xoan Vaskes və 58-ci dəqiqədə Aleksis Veqa vurublar. Yaponiyanın yeganə qoluna isə 78-ci dəqiqədə Kaoru Mitoma imza atıb.
Qızıl medal uğrunda qarşılaşma avqustun 7-də Braziliya ilə İspaniya kollektviləri arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 15.30-da başlayacaq.
Qeyd edək ki, Meksika millisi 2012-ci il London olimpiadasında Braziliya yığmasına 2:1 hesabı ilə qalib gələrək, olimpiya çempionu olub.
Son xəbərlər
02:00
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq