Markinyos Çempionlar Liqasında Roberto Karlosun rekordunu yeniləyib
Futbol
- 07 may, 2026
- 13:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubunun braziliyalı futbolçusu Markinyos UEFA Çempionlar Liqasında həmyerlisi Roberto Karlosun rekordunu qırıb.
"Report"un məlumatına görə, müdafiəçi buna Almaniyada "Bavariya" ilə heç-heçə etdikləri (1:1) yarımfinal mərhələsinin cavab oyununda iştirak etməklə nail olub.
Təcrübəli oyunçu qitənin bir nömrəli klub turnirində ən çox matça çıxan braziliyalı futbolçu ünvanına sahib çıxıb.
Münhen təmsilçisi ilə duel Markinyosun 121-ci qarşılaşması kimi tarixə düşüb. R.Karlos UEFA Çempionlar Liqasında 120 görüşdə iştirak edib.
Xatırladaq ki, ilk görüşdə "Bavariya"nı 5:4 hesabı ilə üstələyən PSJ finalda İngiltərə təmsilçisi "Arsenal"a rəqib olub. Jəlledici görüş mayın 30-da Budapeştdə baş tutacaq.
Son xəbərlər
11:46
Deputat: "Mobil nömrələrin təkrar dövriyyəsi ilə bağlı tələblər olmalıdır"
İKT
11:45
Xankəndidə Azərbaycan-BMT tərəfdaşlığına həsr olunan yüksək səviyyəli strateji dialoq keçirilir
Xarici siyasət
11:45
Hesablama Palatasının auditorunun vaxtı uzadılıb
Maliyyə
11:43
Avstriya dörd Rusiya diplomatını "persona non-grata" elan edib
Digər ölkələr
11:38
Deputat: Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir
Milli Məclis
11:37
Deputat: "Qarabağın iqtisadiyyatı son 5 ildə 4 dəfə böyüyüb"
Maliyyə
11:32
Zakir İbrahimov Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivlərini açıqlayıb
Sənaye
11:26
Ülvi Mehdiyev: "ASAN xidmət" modeli ilə dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb
Sosial müdafiə
11:16
Yeni Kaledoniya və Fransız Polineziyası komandaları FIFA U-15 dünya çempionatı üçün Bakıya gəliblər
Futbol