Maradonanın forması koronavirusla mübarizəyə görə satıldı - VİDEO
Futbol
- 27 aprel, 2020
- 07:27
Dieqo Maradona və Çiro Ferrara
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Napoli" və "Yuventus" klublarının sabiq futbolçusu Çiro Ferrara Dieqo Maradonanın formasını xeyriyyə hərracında satıb.
"Report"un məlumatına görə, 53 yaşlı keçmiş müdafiəçi əldə olunan 55 min avronu koronavirusla mübarizə üçün təhvil verib.
Ferrara "Napoli"də birlikdə çıxış etdiyi argentinalı oyunçunun ona təqdim etdiyi formanı satıb. Satışdan əldə olunan vəsait pandemiya ilə əlaqədar Neapola dəstək olmaq üçün fonda köçürüləcək.
Qeyd edək ki, Çiro Ferrara "Napoli" ilə 2, "Yuventus"la 5 dəfə A Seriyasının qalibi olub.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region