Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq

Futbol
  • 17 oktyabr, 2026
  • 11:24
Manuel Noyer zədə səbəbindən Bavariyanın növbəti matçını buraxacaq

"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya çempionatının VI turunda "Leyptsiq"ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.

Ayağındakı problemlərdən əziyyət çəkən 40 yaşlı qapıçının yoxluğunda Münxen təmsilçisinin qapısını Yonas Urbiq qoruyacaq.

Noyerin oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Arsenal"a qarşı keçiriləcək oyuna qədər sıraya dönməsi gözlənilir.