“Mançester Siti”nin müdafiəçisi icarə əsasında “Barselona”da çıxış edəcək
Futbol
- 02 sentyabr, 2023
- 00:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin “Mançester Siti” komandasının müdafiəçisi Joau Kanselu icarə əsasında İspaniyanın “Barselona”sına keçib.
“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı futbolçunun icarəsi 30 iyun 2024-cü il tarixinə qədər qüvvədə olacaq.
Qeyd edək ki, “Transfermarkt” Portuqaliya millisinin üzvünün bazar dəyərini 50 milyon avro qiymətləndirir. Kanselu ötən mövsümün ikinci yarısını icarə əsasında “Bavariya”da keçirib və burada Almaniya çempionu olub. O, Bundesliqada 15 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Son xəbərlər
07:08
Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
Digər ölkələr
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr