Lüksemburqun aparıcı futbolçuları millimizlə oyunu buraxa bilərlər
Futbol
- 01 sentyabr, 2020
- 19:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Lüksemburq seçməsi UEFA Millətlər Liqasının Azərbaycanla oyunu öncəsi ciddi itki ilə üzləşib.
"Report" "Wort.lu" saytına istinadən xəbər verir ki, yığmanın aparıcı futbolçularından Vinsent Till bu gün Almaniyanın III liqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib.
20-ci dəqiqədə meydanı tərk edən hücumameylli yarımmüdafiəçinin sentyabrın 5-də Bakıdakı görüşdə oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı oyunçu ilə yanaşı, portuqaliya əsilli Jerson Rodriqeş də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.
Qeyd edək ki, C Liqasının 1-ci qrupunun ilk turunda sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul edəcək Azərbaycan millisi 3 gün sonra səfərdə Kiprin qonağı olacaq.
Son xəbərlər
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur