Lionel Messinin həbs cəzası cərimə ilə əvəzlənib
Futbol
- 23 iyun, 2017
- 09:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 iyun. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin 21 aylıq həbs cəzası pul cəriməsi ilə əvəzlənib. "Report"un EFE agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Ali Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, cərimənin məbləği 252 min avrodur. Öz növbəsində, Messinin atası Xorxe Messi 180 min avro cərimə ödəməlidir. Prokurorluq hadisələrin belə inkişafına qarşı çıxmayıb.
Qeyd edək ki, futbolçu və atası 2007 - 2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınma ittihamı ilə 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxıblar. Məhkəmənin həbs hökmü həbsxanada olma anlamına gəlmir. Çünki İspaniyada 2 ildən aşağı bütün cəzalar sınaq müddəti sayılır.
Son xəbərlər
21:37
Demokratlar Konqresdə idarəetməni ələ alsa, Donald Tramp İlon Maskı həbsdən qoruyacaq
Digər ölkələr
21:27
SEPAH: İranda terror aktının qarşısı alınıb
Region
21:18
"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək
Futbol
21:18
Tokayev Qazaxıstana zərər vurmağa cəhd edənlərin məsuliyyətə cəlb olunacağını bildirib
Digər ölkələr
21:11
Makron enerji böhranında Fransaya dəstəyə görə Yaxın Şərq ölkələrinə təşəkkür edib
Digər ölkələr
21:09
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
Region
20:53
Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt" "Şəfa" ilə bərabərə qalıb
Futbol
20:42
Polşanın BMT-dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib
Digər ölkələr
20:36
Cənubi Koreyada avtobusun dərəyə aşması nəticəsində 20-dən çox insan yaralanıb
Digər ölkələr