Kriştianu Ronaldu PSJ və ya "Real Madrid"ə keçmək istəyir
Futbol
- 02 avqust, 2021
- 15:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubundan ayrılmaq istəyir.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu üçün prioritet variantlar İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubudur.
Ancaq transfer Paris təmsilçisinin Kilian Mbappeni "kral klubu"na satıb-satmayacağından asılıdır. İspaniya nəhəngi Mbappeni ala bilməsə, hücum xəttini Ronaldu ilə gücləndirmək ehtimalını nəzərdən keçirəcək.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə "Real Madrid"dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.
Son xəbərlər
17:23
6-cı "Korkut Ata" Film Festivalında Samir Kərimoğlunun "Torpağı sanı yaşayasan" filmi nümayiş olunub
Mədəniyyət siyasəti
17:18
Foto
Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub
Xarici siyasət
17:18
Azərbaycanda 10 ayda büdcədən 297 milyon manata yaxın vəsait geri qaytarılıb
Maliyyə
17:16
Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
Energetika
17:16
Corc Rassell mühərrik dəyişikliyinə görə 5 mövqe cərimələnib
Fərdi
17:15
Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Digər
17:15
Abşeronda Zəfər bayramı ərəfəsində silsilə tədbirlər keçirilib
Daxili siyasət
17:10
MKA: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur
İKT
17:08
Gələn il Heydər Əliyev adına NEZ-in yenidənqurulmasına ayrılan vəsaitin həcmi açıqlanıb
Energetika