Kriştianu Ronaldu “Barselona” ilə oyuna xüsusi proqram əsasında hazırlaşır
Futbol
- 20 dekabr, 2017
- 13:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu “Barselona” ilə oyuna xüsusi proqram əsasında hazırlaşır.
“Report” “Football Espana”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu gün ümumi qrupdan ayrı məşq edib.
Portuqaliyalı forvard dekabrın 16-da klublararası dünya çempionatının finalında Braziliya “Qremio”sunu 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra baldır əzələsində diskomfort hiss edib. Lakin o, jurnalistləri əmin edib ki, “El-Klasiko”ya qədər hazır olacaq.
Qeyd edək ki, “Real Madrid” dekabrın 23-də La Liqanın XVII turu çərçivəsində “Barselona”nı qəbul edəcək. Matç Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Son xəbərlər
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr
19:08
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Energetika
18:59
Foto
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Fərdi
18:52
Foto
Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib
Ekologiya
18:50
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
Digər ölkələr
18:43
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Hadisə
18:39
Şafkat Mirziyoyev: İlham Əliyevin səyi və Azərbaycan xalqının qəhrəmanlığı Qələbənin mühüm amili oldu
Xarici siyasət
18:39
Foto
Sahibə Qafarova Qazaxıstana səfər edib
Xarici siyasət
18:38
Banqladeşdə aşağı əməkhaqqına etiraz əlaməti olaraq yüzlərlə fabrik bağlanıb
Digər ölkələr