Könül Əliyeva: "Azərbaycanın cüdo tarixinə düşdüyüm üçün qürur duyuram"

Futbol
  • 30 oktyabr, 2026
  • 10:42
Könül Əliyeva: Azərbaycanın cüdo tarixinə düşdüyüm üçün qürur duyuram

Könül Əliyeva Azərbaycanın cüdo tarixinə düşməsindən böyük qürur hissi keçirdiyini bildirib.

İdmançı bu barədə "Report"a açıqlama verib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində 48 kq çəki dərəcəsində qızıl medal qazanan cüdoçu yarışla bağlı təəsüratlarını bölüşüb:

"Çox sevincliyəm. İlk dəfədir ki, "Böyük Dəbilqə" turnirində medal qazanıram. Bu, mənim üçün çox gözəl və unudulmaz hissdir. Ümid edirəm ki, bu uğurun davamını gətirəcəyəm və bundan sonra daha böyük nailiyyətlər əldə edəcəyəm. İndiyə qədər Azərbaycan cüdosu tarixində qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirində çempion olmamışdı. Bu tarixi uğura imza atmaq və adımı tarixə yazdırmaq qürurvericidir. Bunun üçün çox xoşbəxtəm və qürur duyuram".

22 yaşlı idmançı qarşıdakı hədəflərindən də söz açıb:

"Bu, hələ başlanğıcdır. Qarşıda məni daha böyük hədəflər və uğurlar gözləyir. Əlimdən gələni edəcəyəm ki, həm ölkəmizi layiqincə təmsil edim, həm də xalqımızı sevindirim".

44 filmi