Kolumbiya millisinin futbolçusu İtaliyada klubunu dəyişib
Futbol
- 07 avqust, 2025
- 10:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kolumbiya millisinin futbolçusu Xuan Kuadrado İtaliyada klubunu dəyişib.
"Report" xəbər verir ki, 37 yaşlı vinger "Atalanta"dan A Seriyasının digər təmsilçisi "Piza"ya keçib.
Bu barədə "Piza"nın mətbuat xidməti məlumat yayıb. Komanda 2025/2026 mövsümündə A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
Qeyd edək ki, X.Kuadrado daha əvvəl İngiltərədə "Çelsi", İtaliyada "Yuventus", "Udineze", "Leççe", "Fiorentina" və "İnter" kimi klubların formasını geyinib. O, bu müddətdə 6 dəfə İtaliya çempionluğunu, 4 dəfə İtaliya Kubokunu, 2 dəfə İtaliya Superkubokunu, 1 dəfə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb. Hücumçu Kolumbiya millisində meydana çıxdığı 116 oyunda 10 qola müəlliflik edib.
Son xəbərlər
20:36
Bakı Olimpiya Stadionunda "Sabah"ın "Borussiya" ilə oyunöncəsi açıq məşqi baş tutub
Futbol
20:33
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi sərnişinin səhhəti səbəbindən Bakıya məcburi eniş edib
İnfrastruktur
20:30
ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb?
Maliyyə
20:19
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
Digər ölkələr
20:18
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
Futbol
20:12
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
Futbol
20:05
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Digər ölkələr
19:56
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb
ASK
19:52
Foto
Ağdərə rayonunun Heyvalı kəndinin sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
Sosial müdafiə