"Keşlə" yeni mövsümə 21 futbolçu sifariş edib

Futbol
  • 10 avqust, 2018
  • 07:24
Keşlə yeni mövsümə 21 futbolçu sifariş edib

Bakı. 10 avqust. REPORT.AZ/ “Keşlə” klubu 2018/2019 mövsümü üçün sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib.

“Report” xəbər verir ki, Premyer Liqada mübarizə aparan paytaxt klubunun heyətində 21 futbolçu - 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 4 hücumçu yer alıb. Onlardan 7-si əcnəbidir.

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva (Braziliya), 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake (Rumıniya), 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

Yarımmüdafiəçilər: 8. Miloş Boşançiç (Serbiya), 21. Herve Tçami (Kamerun), 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna (Qambiya), 97. Elnur Cəfərov

Hücumçular: 7. Vaqif Cavadov,9. Amil Yunanov, 11. Bahodir Nasimov (Özbəkistan), 14. Andre Klennon (Yamayka)

Qeyd edək ki, "Keşlə" serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçlə də müqavilə bağlayıb. Onun da adı siyahıya əlavə olunacaq.

44 filmi