"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək

Futbol
  • 31 oktyabr, 2026
  • 13:04
Kəpəz klubunun futbolçusu Azuma Abubakar İmişli ilə matçda iştirak etməyəcək

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçiriləcək matçda iştirak etməyəcək.

Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub.

Xatırladaq ki, "Kəpəz" - "İmişli" görüşü sabah, saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.

44 filmi