"Kayrat"ın futbolçusu "Zenit"ə keçir
Futbol
- 12 yanvar, 2022
- 11:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan millisinin və "Kayrat"ın futbolçusu Nuralı Alip Rusiya "Zenit"inə transfer olur.
"Report" Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi artıq tibbi müayinədən keçib.
Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Nuralı Alip bu mövsüm "Kayrat"ın heyətində 13 oyun keçirib. Bunlardan 2-si Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup matçlarına təsadüf edib. Futbolçunun transfer dəyəri 1,7 milyon avrodur. Onun "Kayrat"la 2023-cü ilin yayınadək sözləşməsi var idi.
Qazaxıstan yığması isə UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın potensial rəqiblərindəndir.
Son xəbərlər
13:00
Dövlət maliyyəsinin idarə edilməsində yeni mexanizm tətbiq olunacaq
Maliyyə
12:58
Foto
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
Fərdi
12:53
SEPAH: Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın baş verib
Digər ölkələr
12:52
Azərbaycanda gələn il güzəşt və azadolmaların ümumi məbləği açıqlanıb
Maliyyə
12:51
Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı
Media
12:47
Papoyan: Ermənistan Aİİ-yə qoşulduqdan sonra Rusiya ilə ticarət kəsiri 2 milyard dollara qədər artıb
Region
12:47
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Daxili siyasət
12:47
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
Biznes
12:46
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
İnfrastruktur