Kadi Borges Ağdam təmsilçisinin forması ilə 40-cı dəfə fərqlənib
Futbol
- 04 aprel, 2026
- 14:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kadi Borges "Qarabağ"ın heyətində 40-cı qolunu vurub.
"Report"un Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la qarşılaşmasında (2:2) dubl müəllifi olub.
O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını "40"a çatdırıb.
Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan Kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi "Qarabağ"ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.
Qeyd edək ki, Kadi Borges "Qarabağ"da ilk qolunu 2021-ci il avqustun 12-də UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.
Son xəbərlər
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye
09:21
Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib
Digər ölkələr
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol
09:10
Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə
08:41
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
Digər ölkələr