İtaliyalı baş məşqçi: “UEFA futbolçulara hörmət etmir”
Futbol
- 25 fevral, 2023
- 10:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir”.
“Report” xəbər verir ki, bunu İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkən deyib.
Qolsuz bərabərliklə yekunlaşan matçı dəyərləndirən italiyalı mütəxəssis görüşün keçirildiyi “Konstantin Redulesku” stadionunun ot örtüyünün durumundan şikayətlənib: “Futbol oynamaq mümkün deyildi. Sadəcə, futbola bənzəyən idman növünə uyğunlaşmaq üçün əlimizdən gələni etdik”.
Qeyd edək ki, “Latsio” ilk oyunda öz meydanında qazandığı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region