İspaniyada dünya çempionatındakı qələbənin qeyd olunması zamanı yeniyetmə ölüb
Futbol
- 20 iyul, 2026
- 12:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyada futbol üzrə dünya çempionatındakı qələbəni qeyd etmə mərasimi zamanı fəvvarənin uçması nəticəsində bir yeniyetmə ölüb.
"Report" "Europa Press"ə istinadən xəbər verir ki, hadisə Salamanka əyalətinin Syudad-Rodriqo şəhərində baş verib.
Komandanın qalibiyyətindən ilhamlanan gənclər fəvvarənin ətrafına toplaşıblar. Fəvvarənin bir hissəsi dağılaraq 13 yaşlı oğlanın üstünə düşüb. Dərhal tibbi yardım göstərilsə də, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə, daha üç gənc xəsarət alıb və onların sağlamlıq vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, İspaniya yığması DÇ-2026-nın finalında əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə üstələyib.
Son xəbərlər
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr