İspaniya Super Kuboku: "Real Madrid"in finalda rəqibi müəyyənləşib
Futbol
- 13 yanvar, 2022
- 20:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan görüşdə Madrid "Atletiko"su ilə Bilbao "Atletik"i üz-üzə gəlib.
Matç "Atletik"in qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 top ikinci hissədə qalib komandanın futbolçuları tərəfindən vurulub. 62-ci dəqiqədə Unay Simon topu öz qapısına göndərib. 77-ci dəqiqədə Yeray bərabərlik, 81-ci dəqiqədə Nikolas Uilyams qələbə topuna imza atıb.
Beləliklə, finala yüksələn "Atletik" yarımfinalda "Barselona"nı 3:2 hesabı ilə məğlub etmiş "Real Madrid"ə rəqib olub. Həlledici qarşlaşma yanvarın 16-də keçiriləcək.
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media