İspaniya millisinin baş məşqçisinin müqaviləsinin müddəti uzadılacaq
Futbol
- 09 yanvar, 2024
- 13:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente müqaviləsinin müddətini uzadacaq.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, yeni sözləşmə martda Kolumbiya ilə yoldaşlıq oyunundan əvvəl bağlanacaq.
61 yaşlı mütəxəssisin hazırkı müqaviləsi iyulun 31-dək nəzərdə tutulub.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrından komandanın "sükanı arxasındadır". O, bu postda Luis Enrikeni əvəzləyib. Yığma onun rəhbərliyi altında 2023-cü ilin yayında Millətlər Liqasının qalibi olub. İspaniya millisi Almaniyada keçiriləcək Avropa çempionatının qrup mərhələsində Xorvatiya, İtaliya və Albaniya ilə üz-üzə gələcək. Yarış 14 iyun - 14 iyul aralığında gerçəkləşəcək.
Son xəbərlər
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol
00:59
Konfrans Liqası: "Trabzonspor", "Ayaks" və "Monako" qələbə qazanıb
Futbol
00:50
Tibetdə 7 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər ölüb
Digər ölkələr
00:35
Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub
Digər ölkələr
00:04
Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib
Region
23:48
WSJ: Tramp Maska Ukraynada "Starlink" məhdudiyyətlərini aradan qaldırmağı tapşırıb
Digər ölkələr