İngiltərə klubunun portuqaliyalı futbolçusu "Əl-Nəsr"dən təklif alıb
Futbol
- 06 iyul, 2024
- 14:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeş Səudiyyə Ərəbistanının iki klubundan təklif alıb.
"Report" "TeamTalk"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə millidəki komanda yoldaşı Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr”, həmçinin “Əl-İttihad” klublarından dəvət gəlib.
B.Fernandeşin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, 2023/2024 mövsümündə yarımmüdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 48 matçda 15 qola və 13 məhsuldar ötürməyə imza atıb.
Son xəbərlər
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr