İsveçrəli müdafiəçi Bakıdakı finaldan sonra "Arsenal"la vidalaşıb
Futbol
- 03 iyun, 2019
- 15:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə təmsilçisi "Arsenal"in futbolçusu Stefan Lixtştayner komandadan ayrıldığını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi şəxsi "İnstagram" hesabından paylaşım edib.
İsveçrəli oyunçu Bakıdakı Avropa Liqasını qazana bilmədikləri üçün məyus olduğunu bildirib.
Lixtştayner deyib ki, məqsədləri London təmsilçisini ən yüksək beynəlxalq səviyyəyə qaytarmaq və kubok qazanmaq olub. "Əminəm ki, komanda növbəti mövsüm missiyanı başa vuracaq. Bu klubun bir hissəsi olmaqdan məmnun oldum".
Qeyd edək ki, Stefan Lixtştayner 2018-2019 mövsümünün əvvəlində "Arsenal"a keçib. "Topçular" Avropa Liqasının Bakıdakı finalında Londonun digər klubu "Çelsi"yə 1:4 hesabı ilə uduzub.
Son xəbərlər
14:38
Demokratlar ABŞ Nümayəndələr Palatasında 260-a yaxın yer qazana bilərlər
Digər ölkələr
14:35
ABŞ hərbçisi Yaponiyada təlimlər zamanı ölüb
Digər ölkələr
14:33
Maliyyə naziri: "Dövlət büdcəsinin 11-13 %-i Qarabağın bərpasına xərclənir"
Maliyyə
14:32
Azərbaycanda gələn il iqtisadi fəaliyyət xərcləri ən yüksək paya malik olacaq
Maliyyə
14:29
Video
Rəhim Həsənov "Kəpəz" - "İmişli" oyununda baş hakimin səhv qərar verdiyini bildirib
Futbol
14:23
Foto
İstanbulda Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub
Mədəniyyət siyasəti
14:21
Cəlilabadda 6 kəndin işığı kəsilib
Energetika
14:19
Vüqar Gülməmmədov: "Hüquqi şəxslərin iri daşınmaz əmlakları vergiyə cəlb edilmir"
Maliyyə
14:17
Azərbaycanda bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq
İnfrastruktur