İspaniyada futbol federasiyasının vitse-prezidenti saxlanılıb

Futbol
  • 30 oktyabr, 2018
  • 12:31
İspaniyada futbol federasiyasının vitse-prezidenti saxlanılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ İspaniya Kral Futbol Federasiyasının (RFEF) vitse-prezidenti Andreu Subies Mülki Qvardiya tərəfindən saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli KİV vitse-prezidentin və digər şübhəli şəxslərin antikorrupsiya istintaqı çərçivəsində saxlandıqlarını bildirib.

Saxlama A.Subiesin daha əvvəl rəhbərlik etdiyi Kataloniya Futbol Federasiyasının ofisində aparılan axtarışlardan sonra baş tutub.

İstintaqın versiyasına görə, RFEF-in sabiq prezidenti Anxel Mariya Vilyar qanunsuz olaraq seçkilərdə ona kömək edilməsi məqəsdilə regional federasiyaları maliyyələşdirib, A.Subies isə ona bu işdə yardım edən şəxs olub.

44 filmi