“İnter” və “Zirə” komandaları Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar

Futbol
  • 06 iyul, 2017
  • 18:55
“İnter” və “Zirə” komandaları Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanın “İnter” və “Zirə” komandaları Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar. “Report”un məlumatına görə, paytaxt klubları I təsnifat mərhələsinin cavab matçlarında qalib gəlməklə buna nail olublar.

“İnter” evdə Serbiyanın “Mladost” komandasını, “Zirə” isə səfərdə Lüksemurq “Differdanj”ını məğlub edib.

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

6 iyul

"İnter” (Azərbaycan) – "Mladost” (Serbiya) 2:0

Qollar: Denis Silva, 23. Nizami Hacıyev, 74

Baş hakim: Nikolay Balakin

Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko

Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)

Hakim-inspektor: Robert Malek (Polşa)

UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)

Bakı. "Dalğa Arena” stadionu

İlk oyun – 3:0

"Differdanj” (Lüksemburq) – "Zirə” (Azərbaycan) 1:2

Qollar: David Vanderbok, 10 - David Manqa, 63. Riçard Qadze, 68

Baş hakim: Boris Marhefka

Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor

Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)

Differdanj Şəhər Munisipal stadionu

İlk oyun – 0:2