Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib
Futbol
- 06 oktyabr, 2022
- 05:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Yuventus" klubunun futbolçusu Anxel Di Mariya Çempionlar Liqasında Fransa PSJ-sində çıxış edən Lionel Messinin nailiyyətini geridə qoyub.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna evdə İsrailin "Makkabi" (Hayfa) komandasına 3:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda müvəffəq olub.
Qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalan argentinalı oyunçu qitənin bir nömrəli klub turnirində məhsuldar ötürmə sayında həmyerlisini ötüb. Hazırda Di Mariyanın 38, Messinin 37 assisti var.
Qeyd edək ki, Çempionlar Liqasında məhsuldar ötürmə sayına görə siyahıya İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldu (42) başçılıq edir.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region