Azərbaycanlı hakimlər növbəti dəfə Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıb
Futbol
- 30 sentyabr, 2019
- 08:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanlı hakimlər Rəhim Həsənov və Cəmil Quliyev növbəti dəfə 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıblar.
"Report" xəbər verir ki, hər iki referi 4-cü qrupda keçiriləcək İsveç - Farer adaları qarşılaşmasında iş başında olacaqlar. Quliyev yan xətt hakimi, FIFA referisi Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Həsənov bu qrupda daha öncə Farer adalarının Danimarkaya 1:6 hesabı ilə uduzduğu oyunu idarə edib. Həmin görüşdə Quliyev yan xətt hakimi olub.
Qeyd edək ki, İsveç - Farer adaları görüşü bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Son xəbərlər
02:00
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq