Futzal üzrə Azərbaycan millisinin toplanış üçün heyəti açıqlanıb
Futbol
- 10 yanvar, 2020
- 07:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən Bakıda təlim-məşq toplanışı başlayacaq.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 13 gün davam edəcək hazırlıq prosesi zamanı komanda yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Baş məşqçi Joze Alesio Da Silva təlim-məşq toplanışı üçün 14 oyunçuya dəvət göndərib.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq.
| № | AD, SOYAD | KLUB |
| 1 | Rövşən Hüseynli | Araz |
| 2 | Emin Kürdov | EKOL |
| 3 | Rizvan Fərzəliyev | Araz |
| 4 | Amir Shojaei | Araz |
| 5 | İsa Atayev | Araz |
| 6 | Oliveira Da Nascimento | Alarabi Sportinq Club (Küveyt) |
| 7 | Jonathan Luiz De Angelis | Alarabi Sportinq Club (Küveyt) |
| 8 | Ramiz Çovdarov | Araz |
| 9 | Hadi Ahmadi | Araz |
| 10 | Eduardo Borges | ACCS Futsal Club Paris (Fransa) |
| 11 | Xətai Bağırov | Araz |
| 12 | Tiago Telles Martins | Norilsk Nikel (Rusiya) |
| 13 | Eshagh Soorghali | Azaraxş (İran) |
| 14 | Tofik Mikayılov | Marafon |
Son xəbərlər
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region