Futbol üzrə Premyer Liqada XXII turun daha bir oyunu keçirilib

Futbol
  • 13 mart, 2017
  • 16:17
Futbol üzrə Premyer Liqada XXII turun daha bir oyunu keçirilib
courtesy image

Bakı. 13 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. 

"Report"un məlumatına görə, "İnter" öz meydanında "Sumqayıt"ı qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolun müəllifi 39-cu dəqiqədə fərqlənən Nizami Hacıyev olub. Bu qələbə sayəsində xallarını 39-a çatdıran "İnter" 3-cü pillədə möhkəmlənib. Zaur Svanadzenin komandası ən yaxın izləyicisi, turun ilk matçında Gəncədə "Kəpəz"ə eyni hesabla uduzan "Zirə"ni 10 xal geridə qoyub. "Sumqayıt" 25 xalla 5-ci pillədə qalıb. "Kəpəz" isə 21 xalla 6-cı pilləyə yüksəlib.

Azərbaycan Premyer Liqası, XXII tur

13 mart (bazar ertəsi)

15:00. "Kəpəz” – "Zirə” - 1:0

Qol: Julyen Ebah, 56

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1

18:00. "İnter” – "Sumqayıt” 1:0

Qol: Nizami Hacıyev, 39

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

"İnter Arena”

İlk 3 dövrədəki oyunlar: 2:1, 3:1, 2:2

44 filmi