Fransalı dünya çempionu 31 yaşında karyerasını başa vurub
Futbol
- 25 sentyabr, 2024
- 08:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.
"Report" xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi instaqram hesabında bildirib.
İtaliyanın "Komo" klubuna məxsus olan təcrübəli oyunçu zədə səbəbindən bu addımı atıb. O, oynaya bilməsə də, A Seriyası təmsilçisində işləyəcəyini vurğulayıb.
Qeyd edək ki, Rafael Varan İspaniyada "Real", İngiltərədə "Mançester Yunayted" kimi komandaların formasını geyinib. O, Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol