Fransa çempionatının oyununun vaxtı etiraz aksiyalarına görə dəyişdirilib

Futbol
  • 21 oktyabr, 2026
  • 16:33
Fransa çempionatının oyununun vaxtı etiraz aksiyalarına görə dəyişdirilib

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" - "Trua" oyununun vaxtı dəyişdirilib.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub.

Daha əvvəl oktyabrın 24-də keçirilməsi nəzərdə tutulan oyun oktyabrın 25-də baş tutacaq.

Xatırladaq ki, Fransa Daxili İşlər Nazirliyi etriazçıların sayının təxminən 550 000 nəfər olduğunu açıqlayıb.