Əliyar Ağayevin təyinat aldığı avrokubok matçı təxirə salına bilər
Futbol
- 23 sentyabr, 2020
- 10:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasının III təsnifat mərhələsində Rumıniya "Styaua"sı ilə Çexiyanın "Slovan" (Liberets) komandaları arasında keçirilməli olan oyun təxirə salına bilər.
"Report" "sport.tn.nova.cz" saytına istinadən xəbər verir ki, səbəb meydan sahiblərinin heyətində 5 futbolçunun koronavirusa yoluxmasıdır.
Buxarest təmsilçisinin matçın vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etdiyi bildirilib.
Daha əvvəl Avropa Lqiasının II təsnifat mərhələsində "Baçka Topola" (Serbiya) ilə görüş öncəsi "Styaua"da virusa 9 yoluxma halı aşkarlanıb.
Qeyd edək ki, sentyabrın 24-nə nəzərdə tutulan "Styaua" - "Slovan" matçını Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə etməlidir.
Son xəbərlər
10:15
Foto
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Hadisə
10:04
Bakıda oktyabrda avtobusla 54 milyona yaxın sərnişin daşınıb
İnfrastruktur
10:01
Foto
Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib
Hərbi
10:00
Foto
Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir
Daxili siyasət
09:57
Foto
Macarıstan "ASAN xidmət"in könüllülük konsepsiyasını öyrənmək istəyir
Xarici siyasət
09:50
Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
Energetika
09:47
Foto
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb - Faktiki hava
Ekologiya
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda