Dibala “Yuventus”la yeni müqavilə imzalayacaq
Futbol
- 19 may, 2020
- 01:41
Paulo Dibala
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın “Yuventus” futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə beş illik yeni müqavilə imzalayacaq.
“Report” xəbər verir ki, bu barədə “Football Italia” portalı məlumat yayıb.
Portalın bildirdiyinə görə, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna əsasən hücumçunun əmək haqqı da artırılacaq. Belə ki, 30 iyun 2022-ci ilə qədər Dibala ildə 7,5 milyon avro alacaq.
Bu mövsüm 26 yaşlı argentinalı “Yuventus”da 34 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 2015-ci ildən bəri Turin klubunda oynayan Dibala əvvəllər İtaliyanın “Palermo” və Argentinanın “Instituto AS” klublarında çıxış edib.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr