Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib
Futbol
- 02 noyabr, 2022
- 18:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriç Türkiyə millisinin sabiq üzvü Burak Yılmazın UEFA Çempionlar Liqasındakı rekordunu yeniləyib.
"Report" xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi buna evdə Şotlandiya "Seltik"inə qarşı keçirdikləri qrup mərhələsinin VI tur oyununda penaltidən fərqlənməklə nail olub.
6-cı dəqiqədə adını tabloya yazdıran Modriç turnirdə 11 metrlik cərimə zərbəsindən qol vuran ən yaşlı oyunçu ünvanını ələ keçirib. Təcrübəli futbolçu penaltini dəqiq yerinə yetirərkən 37 yaş 54 günlüyündə olub. Burak Yılmazda isə bu göstərici 36 yaş 244 gündür.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda hesab "Real Madrid"in xeyrinədir - 2:0.
Son xəbərlər
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol