Çempionlar Liqası: "Qarabağ" - "Ayntraxt" oyununun biletləri sabah satışa çıxarılacaq
Futbol
- 15 yanvar, 2026
- 17:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq.
"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Satışa sabah, saat 12:00-da start veriləcək.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, qarşılaşma yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Son xəbərlər
10:00
Azərbaycan Qətərdə Sahibkarlıq üzrə Nazirlərin Dəyirmi Masasında təmsil olunub
Biznes
09:54
Narqis Vik: "Azərbaycanda qida emalı avadanlıqlarına tələbat artır"
Biznes
09:53
Əlcəzair Azərbaycan şirkətlərinə 7 neft-qaz bloku üzrə tenderdə iştirak etməyi təklif edib
Energetika
09:47
Azərbaycan neftinin qiyməti 128 dollara yaxınlaşıb
Energetika
09:36
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının cari mövsümündə ilk matçına çıxacaq
Futbol
09:29
Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Region
09:26
FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda Fransa klubu ilə üz-üzə gələcək
Komanda
09:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır
Futbol
09:14
"DH Volley" klubu avrokuboklarda ilk oyununu keçirəcək
Komanda