"Çelsi"nin baş məşqçisi vəzifəsinə əsas namizədin adı açıqlanıb
Futbol
- 02 yanvar, 2026
- 08:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Strasburq"un baş məşqçisi Liam Rosenor Londonun "Çelsi" klubunun yeni baş məşqçi postu üçün namizədlər siyahısında əsas namizəddir.
"Report"un məlumatına görə, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkəsində yazıb.
"Aristokratlar"ın rəhbərliyi mütəxəssisin işini yüksək qiymətləndirir və bu gün üçün o, əsas iddiaçıdır. "Strasburq" artıq "Çelsi" danışıqlara başlayacağı təqdirdə, mümkün əvəzetmə variantlarını nəzərdən keçirir.
Xatırladaq ki, London klubu yanvarın 1-də baş məşqçi Entso Mareska ilə müqaviləyə xitam verib.
Rosenorun rəhbərliyi altında "Strasburq" 16 turdan sonra Fransa çempionatının turnir cədvəlində 8-ci yerdədir. Komanda 23 xal toplayıb və lider "Lans"dan 14 xal geri qalır.
Son xəbərlər
20:37
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Digər ölkələr
20:20
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Digər ölkələr
20:06
Novak Cokoviç Bazeldəki ATP turnirində xüsusi dəvətlə iştirak edəcək
Fərdi
20:02
Video
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət
19:57
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq
Digər ölkələr
19:49
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Xarici siyasət
19:34
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Xarici siyasət
19:33
Ukrayna yaxın vaxtlarda İsveçdən "Gripen" qırıcı təyyarələrinin tədarükünü gözləyir
Digər ölkələr
19:15
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib
Daxili siyasət