Burnu sınan futbolçu növbəti oyunlara qoruyucu maska ilə çıxacaq

Futbol
  • 03 fevral, 2026
  • 22:31
Burnu sınan futbolçu növbəti oyunlara qoruyucu maska ilə çıxacaq

"Roma"nın müdafiəçisi Canluka Mançini İtaliya A Seriyasının XXIII turunda, "Udineze" ilə keçirilən oyunda (0:1) zədələnib.

"Report" "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, ilk hissədə burnu sınan 29 yaşlı futbolçu görüşü sonadək davam etdirib.

Mançini əməliyyat olunub və qarşıdakı oyunlarda qoruyucu maska ilə çıxış edəcək.

Qeyd edək ki, Canluka Mançini bu mövsüm "Roma"nın heyətində 30 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.